Gələn il üçün müdafiə sahəsinə 8,7 milyard manat ayrıldı

Gələn il üçün müdafiə sahəsinə 8,7 milyard manat ayrıldı Siyasət

Gələn il üçün dövlət büdcəsində hökumətin əsas prioritetlərindən biri hərbi potensialın gücləndirilməsi olacaq.

News24.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov səsləndirib.

Onun sözlərinə görə, 2026-cı ilin büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcənin təxminən 21 faizini təşkil edir:

“Manat ifadəsində bu məbləğ 8,7 milyard manata bərabərdir. Hazırda Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və bu sahəyə xüsusi önəm verilir. Bu istiqamətdə ayrılan vəsaitlər ölkənin müdafiə qabiliyyətini ciddi şəkildə artıracaq və hərbi sənayeni daha da gücləndirəcək".