Gürcüstan hakimiyyəti “bığdan götürüb saqqala qoyur” - ÖZƏL

Gürcüstan hakimiyyəti “bığdan götürüb saqqala qoyur” - ÖZƏL Siyasət

“Gürcüstanda mövcud siyasi durum olduqca gərgindir. Bu gərginlik və panika hakim “Gürcü arzusu” daxilində hökm sürür. Bilirsiniz ki, oktyabr ayında ölkənin müqədaratını həll edəcək seçkilər keçiriləcək, əhalinin çox hissəsi hakim partyanın hakimiyyətini dəstəkləmir bu səbəbdən partya daxilində dəyişirliklər qaçılmazıdır. Partyanın əsas qurucusu oliqarx Bidzina İvanişvilidir, baş nazir və bütün komanda onun əmri ilə idarə edilən marionetlərdir. Bir neçə il öncə siyasətdən “getdiyini” bəyan edən İvanişvili siyasətə rəsmən geri döndü və “dəyişirliklərə” başladı. Bu get-gəl yalanlarını xalq birmənalı qarşılamadı və təhqir kimi qəbul etdi. Hər kəs aydın şəkildə onun pərdə arxasında oyunlar qurmasını bilirdi, bu şoularla xalqı aldada bilmədilər”. 

Bu fikirləri News24.az-a açıqlamasında Vahid Milli Hərəkat Partyasının siyasi şurasının üzvü, siyasi şərhçi Rəfi Orucov deyib.

R.Orucov qeyd edib ki, baş nazirin istefası, onun yerinə partiyanın rəhbəri İrakli Kobaxidzenin təyin olunması nəzərdə tutulması ölkə üçün bir məna kəsb etmir:

““Atalar demiş “bığdan götürüb saqqala qoymaq” prinsipidir, burada sadəcə yerlər dəyişir. Gürcüstan vətəndaşlarının problemləri  bu hakimiyyət olduğu sürəc həll edilməyəcək və ölkədəki xaos dəyişməyəcəkdir. Bilirsiniz ki, Gürcüstan xalqının iradəsi və arzusu nəticəsində biz Avropa birliyinə namizədlik statusu qazana bildik. Avropa ailəsinə üzv olmaq üçün bir sıra tələblər irəli sürülüb onlardan biri deoiqarxizasiyadır. Bidzina İvanişvili dünya oliqarxları siyahısında yer alan şəxsdir”. 

Siyasi şərhçi bildirib ki, bu gün ölkədə işsizlik, iqtisadi çöküntü, rüşvət, kasıblıq, neopotizm, insan haqlarının pozuntusu və bir çox problemlər baş alıb gedir:

“Ölkə vətəndaşları sürətlə ölkəni tərk edir emiqrasiya artır. Heç bir inkişaf yoxdur. Bu hakimiyyətin məmurları isə mülklərini artırırlar. Dünən istefaya gedən baş nazirin dəbdəbəli həyatı, dövlət büdcəsindən mənimsənən pullar, hətta adının korrupsiya hallarında çəkilməsi də buna bir əyani sübütdur. Eləcədə Bidzina İvanişvilinin hakimiyyətə gələndən ildən ilə artan gəlirləri də ölkənin nədən bu vəziyyətdə olduğunun bir göstəricisidir. Bunlar aydın şəkildə görürlər ki, əhali bunları dəstəkləmir, hakim partya gündən-günə zəifləyir muxalifət isə güclənir, seçkilərdə məğlubiyyət qaçınmazdır. Buna görə gözdən pərdə asmaq üçün bu cür göstərişlər yer dəyişmələr edəcəklər. Lakin bu bir şey dəyişməyəcək.  Eyni zamanda bu gün Mixeil Saakaşvilinin əsassız və uydurulmuş ittihamlarla əsrlikdə saxlanılma səbəbi hakimiyyəti itirmək qorxusundan irəli gəlir, çünki bunlar aydın şəkildə dərk edir ki, vətəndaşlar Saakaşvilini dəstəkləyir və onun hakimiyyətə gəlməsini arzu edir". 

"Lakin, bunu da anlayırlar ki, bu cür addımlar atmağa artıq gecdir çünki Gürcüstan vətəndaşlarının bu hakimiyyətə inamı yoxdur. Bu partya xalqın deyil şəxslərin maraqlarına xidmət edir bu bir faktdır. 

Aydın şəkildə onu da anlayırlar ki, bu seçkilər beynəlxalq ictimaiyyətin ciddi nəzarəti altında olacaqdır, hər seçkidə etdikləri saxtalaşdırma bu il çətin alına. Bu səbəbdən ortaya bu cür oyunlar və hakimiyyətdə qalma cəhdləri çoxalacaqdır. Düşünürəm ki, bu aylar “Gürcü arzusu”nun hakimiyyətdəki son aylarıdır, hakimiyyət dəyişdikdən sonra isə bu partya siyasi arenadan tamamen yox olacaq. Hətta bir çox vəzifəli şəxslər qanun və xalq qarşısında cəzalarını çəkməli olacaqlar", - deyə analitik bildirib.

Zeynal Əmirəliyev



Gürcüstan hakimiyyəti “bığdan götürüb saqqala qoyur” - ÖZƏL