Gürcüstanın prezidenti seçilən Kavelaşvili vəzifəsinin icrasına başlayıb

Gürcüstanın prezidenti seçilən Kavelaşvili vəzifəsinin icrasına başlayıb Siyasət

Gürcüstanda dekabrın 14-də 300 nəfərlik komissiya tərəfindən ölkənin 6-cı prezidenti seçilən Mixail Kavelaşvili and içib.

News24.az yerli mətbuata istinadən xəbər verir ki, Paytaxt Tbilisidə Parlament binasında keçirilən mərasimdə and içən Kavelaşvili bununla da rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

O, gələcək planları barəsində danışıb.

Qeyd edək ki, hakim “Gürcü Arzusu” Partiyası tərəfindən namizədliyi irəli sürülən Kavelaşvili 300 nəfərlik Seçki Şurasının 224 “hə” səsini toplayaraq prezident seçilib.