Gürcüstanın vasitəçilik təklif etməkdə məqsədi nədir?- - İKİ ƏSAS AMİL
Siyasət
"Gürcüstanın özündə də etnik erməni kartı mövcuddur, regiondakı qaynama prosesi Rusiyanın Tbilisini ram etmək üçün həmin kartı oynayacağı ehtimalını artırır".
News24.az bildirir ki, bu sözləri politoloq Aqşin Kərimov sosial şəbəkə hesabında paylaşıb:
"Regionda Rusiya ilə Qərbin maraq toqquşmasının kəskinləşdiyinə şahidlik etdiyimiz zamanda Gürcüstan özünün təhlükəsizlik qayğılarını gücləndirmək çağırışı ilə üzləşir. Çünki ABŞ-Rusiya maraq çarpışması bölgənin təhlükəsizlik limitini keçsə, limiti keçsə, Moskva Gürcüstan amili ilə Qərbin əsəblərini sınağa çəkər. Onu da nəzərə almalıyıq ki, Gürcüstan torpaqlarının bir hissəsi Rusiyanın işğalı altındadır, onda ssenaridə Kreml ön plana çıxa bilər. Ona görə də, Gürcüstan Azərbaycan-Ermənistan sərhədindəki genişmiqyaslı toqquşmaların sonrakı mərhələdə başqa təhlükələr yaradacağından ehtiyatlanır. İkinci səbəb, Gürcüstan Qərbin regiondakı maraqlarının təmsilçisidir, Qərb hərdən arxa plana çəkilərək öz niyyətlərini Tbilisi vasitəsilə həyata keçirmək istəyir. Gürcüstanın Azərbaycanla Ermənistana vasitəçilik təklif etməsinin mayasında qeyd etdiyimiz iki amil dayanır".