Hakan Fidan Lavrovla görüşdü
Siyasət
Türkiyə Xarici İşlər Naziri Hakan Fidan Laosda keçirilən görüşdə Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov ilə görüşüb.
News24.az xəbər verir ki, Fidan-Lavrov görüşü zamanı iqtisadi və enerji sahəsində əməkdaşlıq müzakirə olunub.
Diplomatik mənbələrdən verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlər, Suriyadakı vəziyyət, Qəzza və Ukraynadakı müharibələr müzakirə edilib.
Günel Məlikzadə