Hakan Fidan Qətərə səfər edəcək
Siyasət
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Qətərə səfər edəcək.
News24.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasına görə, səfər çərçivəsində bölgədəki son vəziyyət və müharibə ilə bağlı məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, nazir dünən Ər-Riyadda keçirilən regional görüşdə iştirak edib. O, daha əvvəl açıqlamasında yaxın günlərdə region ölkələrinə səfərlər edəcəyini bildirmişdi.