"Həbsdəki jurnalistlərin də azadlığa çıxmasını istərdim" - Aqil Abbas

"Həbsdəki jurnalistlərin də azadlığa çıxmasını istərdim" - Aqil Abbas Siyasət

"Prezidentin irəli sürdüyü amnistiya təşəbbüsünü yüksək qiymətləndirirəm".

News24.az xəbər verir ki, bunu Milli Məclisin dekabrın 16-da keçirilən iclasında çıxışı zamanı deputat Aqil Abbas deyib.

O bildirib ki, amnistiya təşəbbüsü çox gözəl və təqdirəlayiq addımdır. Deputat eyni zamanda həbsdə olan jurnalistlər məsələsinə də toxunub:

"Hazırda həbsdə olan bəzi jurnalistlər var və onların azadlığa buraxılması cəmiyyət üçün çox müsbət olardı. Həmin şəxslər cinayət törətmiş olsalar da, onlarla bağlı müəyyən humanist addımların atılması məqsədəuyğun olar".