Hikmət Hacıyev mina terrorundan danışdı - VİDEO
Siyasət
“Ermənistan Azərbaycan torpaqlarını mina ilə zəbt edib”
RTV xəbər verir ki, Prezidentin köməkçisi Hikmət Hacıyev öz “X” səhifəsində belə yazıb.
O vurğulayıb ki, Azərbaycanda mina qurbanları artmaqda davam edir:
"Ermənistan 30 il davam edən işğalı zamanı Azərbaycan torpaqlarını milyonlarla mina ilə zəbt edib. Mina insidentləri ilə bağlı araşdırmalar göstərir ki, partlayışların əksəriyyəti keçmiş qarşıdurma xəttinin arxasında, xüsusən də hərbi əhəmiyyəti olmayan ərazilərdə baş verir. Bu, “kütləvi qırğın silahı” məntiqi ilə dinc əhalini terrora məruz qoymaq, öldürmək, geri qayıtmaq hüququndan məhrum etmək üçün minalardan qəsdən və fərq qoymadan istifadə edilməsi faktının sübutudur".