"Hikmət Hacıyevlə iki gündən bir danışırıq" - Simonyan
Siyasət
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə telefon danışığı apardığını bildirib.
News24.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“Bəli, Hacıyevlə danışmışam. Məndə onun nömrəsi var, onda da mənim nömrəm var. Biz iki gündən bir danışırıq”, – Simonyan parlamentdə jurnalistlərə deyib.
Onun sözlərinə görə, söhbətlərin əsas məğzi sülh prosesinin qorunub saxlanılması üçün mümkün olan bütün addımların atılmasından ibarətdir.