İlham Əliyev: Müharibəni başlamaq asandır, amma bitirmək çətindir

İlham Əliyev: Müharibəni başlamaq asandır, amma bitirmək çətindir Siyasət

Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər.

News24.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, müharibəni başlamaq asandır, amma bitirmək çətindir:

"Bu gün biz meydana çıxan yeni müharibələri görürük. Hər il demək olar ki, bunun şahidiyik. Müharibəni başlamaq asandır, amma bitirmək çətindir. Biz müharibədən qalib çıxdıq və bizim mübarizəmiz düzgün idi. Düşmən kapitulyasiya etdikdən sonra biz bundan o tərəfə getmədik, dayandıq və sülh təklif etdik. Bu təcrübəyə nəzər salınmalı və müharibə tərəfləri bunu tədqiq etməlidirlər. Bu onlara müharibənin dayandırılması üçün kömək edər. Bu baxımdan təcrübəmizin çox dəyərli ola biləcəyini düşünürəm. Bizim qurduğumuz mövcud presedent bəzi münaqişələrin aradan qaldırılmasına da xidmət edə bilər".

İlham Əliyev vurğulayıb ki, münaqişələr mahiyyətcə bir-birindən fərqlənir, amma əksər hissəsi bir-biri ilə bağlıdır:

"Bu iddialardır, təcavüzdür, üstünlük, cəzasız qalmaq düşüncəsidir. Bu bizim vəziyyətdə 30 ildən artıq çəkdi. Lakin biz buna son qoyduq. Bunu beynəlxalq hüquqa uyğun olaraq etdik".