İlham Əliyev Jozef Aunu təbrik etdi

 İlham Əliyev Jozef Aunu təbrik etdi Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Livan Prezidenti general Jozef Aunu milli bayram münasibətilə təbrik edib.

News24.az xəbər verir ki, təbrikdə deyilir:

"Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, məsul fəaliyyətinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və rifah arzulayıram".