“İlham Əliyev mənə zəng etməyib” - Sinan Oğan - VİDEO

“İlham Əliyev mənə zəng etməyib” - Sinan Oğan - VİDEO Siyasət
“İlham Əliyev mənə zəng etməyib. Birincisi, bunu deyənlər türk milliyətçilərini və türk milliyyətçiliyini tanımırlar. İkincisi, Azərbaycan Prezidenti İlham Əliyevi tanımırlar. Azərbaycan dövlət başçısı Türkiyənin daxili siyasətinə niyə qarışsın?!”.

News24.az xəbər verir ki, bu sözləri Türkiyədə “ATA İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan “TRT Haber”ə müsahibəsində deyib.

Aparıcının “Azərbaycan Prezidenti İlham Əliyevin təsiri ilə bu qərarı qəbul etdiyiniz söylənir, nə deyə bilərsiniz?” sualına siyasətçi belə cavab verib:

“Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğanı sevir, dəstəkləyi. Qarabağın azad olunmasında Türkiyənin rolunu qiymətləndirir. Amma bu, Azərbaycan dövlət başçısının türkiyənin daxili siyasətinə qarışacağı anlamına gəlmir. Cənab İlham Əliyev mənə zəng etməyib, ondan mənimlə bağlı heç bir ismarış gəlməyib. Əliyevin belə bir təşəbbüs edəcəyi ağlımın ucundan da keçməz. Türkiyə Azərbaycanın daxili işlərinə qarışmadığı kimi, Azərbaycanın da Türkiyənin daxili işlərinə qarışmadığı məlumdur ”, - deyə Sinan Oğan bildirib.

Qeyd edək ki, Türkiyə mediasında seçkilərdə hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləməklə bağlı Prezident İlham Əliyevin guya Sinan Oğana zəng etməsi barədə iddialar yayılmışdı.

Turan