İlham Əliyev Putinlə telefonla danışdı - Yeniləndi

İlham Əliyev Putinlə telefonla danışdı - Yeniləndi Siyasət

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub.

News24.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, Putin və Əliyev söhbət zamanı regional əməkdaşlığın bir neçə aspektini və beynəlxalq vəziyyəti müzakirə ediblər.

Tərəflər həmçinin ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə və birgə layihələrin həyata keçirilməsinə qarşılıqlı sadiqliklərini təsdiqləyiblər. Eyni zamanda müxtəlif səviyyələrdə əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.


Oktyabrın 24-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan və Rusiya prezidentləri Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində oktyabrın 9-da keçirdikləri görüşün davamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.

Dövlət başçıları iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin enerji və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsinə qarşılıqlı maraqlarını təsdiqləyiblər. Telefon söhbəti zamanı regional əməkdaşlığın bəzi aspektlərinə və beynəlxalq vəziyyətə toxunulub.

Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.