İlk dəfə idi ki, seçkidə növbə gözlədim - Natiq Cəfərli
Siyasət
Az öncə gedib öz seçki bülletenimə sahib çıxdım, səs verdim. İlk dəfə idi ki, səs vermək üçün 15-20 dəqiqə növbə də gözlədim, seçici aktivliyi məni yaxşı mənada təəccübləndirdi və sevindirdi. Bəli, sevindirdi, çünki seçicilərin aktiv olması gələcək səsvermələr üçün çox vacibdir.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, ReAL İH üzvü Natiq Cəfərli qeyd edib.
Onun sözlərinə görə, bugünkü seçki keçmişimiz, tariximizin gəlmiş-keçmiş ən böyük probleminin həlli haqqındadır: “Bu gün seçici aktivliyi də Qarabağ kontekstindədir”.