İmran Xan niyə həbs edildi? - — Pakistanın başına bu qadın gəlir

İmran Xan niyə həbs edildi? - — Pakistanın başına bu qadın gəlir Siyasət

Pakistanda siyasi münasibətlər son dərəcə gərginləşib. Məhkəmə keçmiş Baş Nazir İmran Xanı 10 il müddətinə azadlıqdan məhrum etdi. Maraqlı olan odur ki, hakimiyyəti dövründə  ABŞ–la münasibətləri kifayət qədər gərgin olan keçmiş Baş Nazir İmran Xan ölkədəki mötədil islami qüvvələrin təmsilçisi olan Pakistan Müsəlman Birliyinin hakimiyyətə gəlməsindən sonra çətin günlərini yaşayır. Pakistan Müsəlman Liqasının faktiki lideri keçmiş Baş Nazir Nəvaz Şərifdir. Ancaq bu siyasi birlik 2022 – ci il seçkilərini qazandıqdan sonra Nəvaz Şərif mühacirətdə olduğu üçün hökumət rəhbərliyinə onun kiçik qardaşı Şahbaz Şərif gətirildi. İslamçı hökumətin ilk etdiyi tədbirlərdən biri İmran Xanın həbsi oldu. Maraqlıdır, görəsən Şərif ailəsinin İmran Xanla problemi nədir? 

Əvvəla ondan başlayaq ki, bu ailənin məqsədi Nəvaz Şərifi hökumət rəhbəri etmək idi. Qardaşı Şahbaz Baş Nazir olanda da ölkəni əslində arxa fondan Nəvaz idarə edirdi. Şahbazın missiyası sadəcə olaraq qardaşının hakimiyyətə keçidini təmin etmək  və bunun üçün hüquqi zəmin hazırlamalı idi. Görünür buna paralel şəkildə qardaşına gələcəkdə rəqib ola biləcək siyasi fiqurlarıda sıradan çıxarmağı unutmayıb. Nəvaz Şərif əsasən Səudiyyə dəstəkli siyasətçidir. Ər–Riyadın ona dəstəyi bilinən bir faktdır. Ancaq İmran Xana qarşı olan siyasi hücumun Səudiyyə dəstəyi ilə edilməsi real görünmür. Ehtimal ki, bu həbs Nəvaz Şərifin qabağını açmaq  və onun hakimiyyətinin ömrünü uzatmaq üçündür. Ancaq Pakistan siyasi həyatı bu cür yanaşmaya tam hazır deyil. 

Nəzərə alaq ki, Pakistan dünyadakı bəlkədə tək-tük ölkələrdən biridir ki, bu ölkədə hakimiyyətdə olan istənilən fiqurun yolu sonradan həbsdən keçir. Həmçinin, Pakistan siyasi həyatında bir qüvvənin uzunmüddətli hakimiyyəti də görünən bir mənzərə deyil. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Şərif ailəsinin İmran Xana qarşı həyata keçirdiyi siyasi repressiya çoxda uğurlu alınmayacaq. Bu, hətta əks effekt verə və Şərif hökuməti üçün əlavə problemlər yarada bilər. Nəvaz Şərifin ehtiyyat etidiyi digər siyasi qüvvə isə Pakistan Xalq Partiyasıdır. 

Pakistanın mərhum baş nazirləri Zülfüqar Əli Bhutto nəvəsi,  Bənazer Bhuttonun oğlu Bilavar Zərdarinin rəhbərlik etdiyi Pakistan Xalq Partiyası ciddi siyasi qüvvədir. Bənazer Bhutto Nəvaz Şərifin tarixi rəqibi olub və Talibanın təşkil etdiyi sui-qəsdə qurban gedib. Anasının vəfatından  sonra oğlu Bilavarın Nəvaz üçün baş ağrısına çevriləcəyinə heç bir şübhə yoxdur. Nəzərə alaq ki, Bilavar gənc və dinamik fiqurdur. Həmçinin o, kifayət qədər maraqlı və cəsarətli açıqlamaları ilə tanınır. Başqa iddialarda var ki, Şərif ailəsində bu məsələ ciddi şəkildə müzakirə edilir və siyasi varislik məsələsinin həll edilməsi barədə qərar qəbul edilib. Nəvaz Şərifin varisi olmağa ən şanslı namizəd onun qızı Məryəm Şərifdir. Məryəm Pakistanın tanınmış hüquqşünaslarından biridir və bir müddət Lahor Ali Məhkəməsinə rəhbərlik edib. Məryəm Şərif bir müddət siyasi həyatda da aktiv olub və yerli parlamentin deputatı seçilib. Pakistan Müsəlman Liqasına qadının rəhbərlik etməsi olduqca maraqlı hadisə ola bilər. Bhutto ailəsindən sonra Şərif ailsənində başına gənc fiqurun keçməsi Pakistann siyasətində yeni bir səhifə aça bilər. Görünür ki, Məryəm Şərif Bənazer Bhuttodan sonra Pakistanın qadın Baş Naziri olmağa ən şanslı namizəddir. İmran Xanın isə növbəti 10 ildə həbsdə qalıb – qalmayacağına Pakistan xaqlı qərar verəcək. Əgər Pakistan xalqı öz seçimini Şəriflərdən yana etsə ehtimal ki, keşmiş hökümət rəhbərini uzun müddətli həbs gözləyir. Əksi isə İmran Xanın azadlığa çıxmasına, hətta yenən hökümət başına keçməsi ilə nəticələnə bilər.                                                                     

Zeynal Əmrəliyev,                                                                                                                                                                                                                      




                                                                                                                                        



İmran Xan niyə həbs edildi? - — Pakistanın başına bu qadın gəlir