İntihar edən gənc başqasının üzü ilə yaşayır - FOTOLAR

İntihar edən gənc başqasının üzü ilə yaşayır - FOTOLAR Kriminal
Amerikada Kameron adlı gənc 2016-cı ildə özünü başından vurub, intihara cəhd edir.

Güllə isə üzünü darmadağın edən gənc xoşbəxtlikdən sağ qalır. Sonra xəstəxanaya aparılaraq, həyatı xilas edilir. Amma üzü param-parça olur.
Hadisə nəticəsində burnunu, alt çənəsini və dişlərindən birini itirir. Üzü parçalanan gəncə üz nəqli etmək lazım gəlir.

6 ay gözləyəndən sonra 23 yaşlı Uilyam Fişer adlı bir gənc ona üz donoru oldu. Kameronun əməliyyatı 25 saat davam edir. Onun əməliyyatında 100-dən çox həkim iştirak edir. Üz toxumaları bir-birinə uyğunlaşanda üz nəqli müvəffəqiyyətlə həyata keçirilir. 

Kameron hazırda başqa insanın üzü ilə həyatına davam edir.
İntihar edən gənc başqasının üzü ilə yaşayır - FOTOLAR İntihar edən gənc başqasının üzü ilə yaşayır - FOTOLAR