İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təsdiqləndi
Siyasət
Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
News24.az xəbər verir ki, yeniləniş qanuna əsasən, bundan sonra İnzibati Xətalar Məcəlləsinin 346.1-ci, 346.2-ci, 346.4–346.9-cu, 346-1.1–346-1.4-cü və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda tərtib edilmiş inzibati xəta haqqında qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmayacaq.