İran şirkəti Tehran-Bakı aviareysini ləğv etdi – Səbəb açıqlanmır

İran şirkəti Tehran-Bakı aviareysini ləğv etdi – Səbəb açıqlanmır Sosial
Fevralın 7-da həyata keçirilməli olan Tehran-Bakı aviareysi ləğv olunub.

Heydər Əliyev Beynəlxalq Hava Limanında “Iran Air” aviaşirkətinin yerli vaxtla saat 12:05-də “IR 778” saylı Tehrandan Bakıya olan uçuşu ləğv edilib.

Aviareys “Airbus A310-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Tehran-Bakı aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

//AZƏRTAC