İrandan Azərbaycana təxliyə edilən vətəndaşların sayı açıqlandı
Siyasət
Fevralın 28-i saat 08:00-dan martın 2-si saat 20:00-dək İran İslam Respublikasından ümumilikdə 553 nəfər təxliyə edilib.
News24.az xəbər verir ki, təxliyə olunanların 152-si Azərbaycan vətəndaşıdır. Bundan başqa, 127 nəfər Çin, 114 nəfər Rusiya, 65 nəfər Pakistan və 42 nəfər Tacikistan vətəndaşıdır.
Həmçinin 18 nəfər Səudiyyə Ərəbistanı, 6 nəfər BƏƏ, 4 nəfər İordaniya, 3 nəfər Qətər və 3 nəfər Banqladeş vətəndaşı təhlükəsiz əraziyə çıxarılıb.
Digər təxliyə olunanlar arasında 2 nəfər Filippin, 2 nəfər Gürcüstan, 2 nəfər Nepal, 2 nəfər Qazaxıstan, 2 nəfər Fransa və 2 nəfər Özbəkistan vətəndaşı var.
Bundan əlavə, Türkiyə, İtaliya, Polşa, Tunis, Livan, Hindistan və Braziliyadan hər biri 1 nəfər olmaqla əcnəbilər təxliyə edilib.