İrandan Azərbaycana təxliyə edilənlərin sayı açıqlandı – YENİLƏNDİ
Siyasət
Fevralın 28-i saat 08:00-dan martın 5-i saat 20:00-dək İran İslam Respublikasından Azərbaycan ərazisi vasitəsilə ümumilikdə 1424 nəfər təxliyə olunub.
News24.az xəbər verir ki, təxliyə olunanlar arasında 423 Çin vətəndaşı, 273 Azərbaycan vətəndaşı, 262 Rusiya vətəndaşı, 138 Tacikistan vətəndaşı və 90 Pakistan vətəndaşı var.
Bundan əlavə, Oman (46), İtaliya (31), İspaniya (20), Səudiyyə Ərəbistanı (18), İran (11), Gürcüstan (11), Braziliya (8), Belarus (7), BƏƏ (6), Slovakiya (6), Serbiya (5), Nigeriya (5), İordaniya (4), Qazaxıstan (4), İsveçrə (4) və Yaponiya (4) vətəndaşları da Azərbaycan vasitəsilə təxliyə edilib.
Həmçinin Fransa, Türkiyə, Özbəkistan, Meksika və Xorvatiya daxil olmaqla bir sıra digər ölkələrin vətəndaşları da təxliyə olunanlar arasındadır.
Bildirilib ki, təxliyə prosesi Azərbaycanın sərhəd-keçid məntəqələri vasitəsilə həyata keçirilib.
**
Fevralın 28-i saat 08:00-dan martın 5-i saat 18:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 1 341 nəfər təxliyə edilib.
News24.az xəbər verir ki, təxliyə olunanların 273-ü Azərbaycan vətəndaşıdır.
Bundan başqa, 402 Çin, 262 Rusiya, 111 Tacikistan, 88 Pakistan, 46 Oman, 20 İspaniya, 18 Səudiyyə Ərəbistanı, 11 İran, 10 Gürcüstan, 8 Braziliya, 7 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 5 Serbiya, 5 Nigeriya, 4 İordaniya, 4 İsveçrə, 4 Yaponiya, 3 Qətər, 3 Banqladeş, 3 Özbəkistan, 3 Fransa, 3 Meksika, 3 Filippin, 3 Qazaxıstan, 3 Türkiyə, 3 Xorvatiya, 2 Yəmən, 2 Nepal, 2 Qırğızıstan, 2 İtaliya, 2 Çexiya, 2 Böyük Britaniya, vətəndaşı, eyni zamanda, Polşa, Tunis, Livan, Hindistan, Myanma, Maldiv adaları, Cənubi Afrika, Kuba, Ukrayna, İsveç, Almaniya və Kanadadan hər biri 1 nəfər olmaqla xarici vətəndaş təxliyə edilib.