İrandan indiyədək təxliyə edilənlərin sayı açıqlandı – Yeniləndi

İrandan indiyədək təxliyə edilənlərin sayı açıqlandı – Yeniləndi Siyasət

Bu gün saat 20:00-dan 22:00-dək ümumilikdə 27 nəfər "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən təxliyə edilib.

News24.az xəbər verir ki, təxliyə edilənlər Azərbaycan, İspaniya və Rusiya Federasiyası vətəndaşları olub.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Qeydiyyat prosedurlarından onlar sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar. (Report)

**

Fevralın 28-i saat 08:00-dan martın 4-ü saat 18:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 1249 nəfər təxliyə edilib.

News24.az xəbər verir ki, təxliyə olunanların 256-sı Azərbaycan vətəndaşıdır.

Bundan başqa, 400 Çin, 249 Rusiya, 105 Tacikistan, 80 Pakistan, 46 Oman, 18 Səudiyyə Ərəbistanı, 9 Gürcüstan, 7 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 5 Serbiya, 4 İran, 4 İordaniya, 4 İsveçrə, 4 Nigeriya, 4 Yaponiya, 3 Qətər, 3 Banqladeş, 3 Özbəkistan, 3 Meksika, 3 Filippin, 3 Qazaxıstan, 3 Fransa, 2 Nepal, 2 Türkiyə, 2 Yəmən, 2 Qırğızıstan, 2 İtaliya vətəndaşı, eyni zamanda, Polşa, Tunis, Livan, Hindistan, Braziliya, Myanma, Maldiv adaları, Cənubi Afrika, Kuba, Ukrayna və Britaniyadan hər biri 1 nəfər olmaqla xarici vətəndaş təxliyə edilib.