İranın Baş prokuroru İlham Əliyevə təşəkkür etdi
Siyasət
İranın Baş prokuroru Məhəmməd Kazım Movahedi-Azad regionda baş verən son hadisələr fonunda Azərbaycan tərəfindən göstərilən humanitar yardımlara görə Prezident İlham Əliyevə xüsusi minnətdarlığını bildirib.
News24.az xəbər verir ki, bunu o, azərbaycanlı həmkarı Kamran Əliyevlə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Baş prokurorlarının 7-ci iclası çərçivəsindəki görüşündə deyib.
İki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, peşəkar təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, habelə qarşılıqlı hüquqi yardım mexanizmlərindən daha səmərəli istifadə imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və digər transmilli cinayətkarlıq formalarına qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyi vurğulanıb.