İrəvan Bakıdan cavab almayıb - Paşinyan

İrəvan Bakıdan cavab almayıb - Paşinyan Siyasət

Ermənistan Azərbaycandan regional kommunikasiyaların açılması təklifinə yazılı cavab almayıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə deyib.

“Əslində yazılı təklifimizə yazılı cavab almamışıq. İrəvan qarşılıqlılıq prinsipinə əsaslanan nəzarət prosedurlarını ləğv etməyə hazırdır”, - o bildirib.