İrəvanda Azərbaycan bayrağını yandıran dizayner - İSTEFA VERDİ
Siyasət
Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran Aram Nikolyan öz istəyi ilə Ermənistanın İctimai televiziyasından istefa verib.
News24.az xəbər verir ki, bu barədə teleşirkətin direktoru Ovannes Movsisyan ölkə parlamentində bildirib.
“Aram Nikolyan bir müddət əvvəl istefa məktubu yazıb, qalan suallar ona verilməlidir”, - Movsisyan bildirib.
Eyni zamanda, Movsisyana sual ünvanlanıb ki, “Nikolyan onu iş yerinə buraxmamaq qərarına gəlməzdən əvvəl və ya sonra istefa verib?”. O suala cavab verə bilməyib və hadisələrin xronologiyasını xatırlaya bilmədiyini söyləyib.
Qeyd edək ki, İrəvanda 14 apreldə ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Ermənistanın İctimai Televiziyasının stilistika şöbəsinin rəhbəri Aram Nikolyan səhnədən Bayrağımızı qaparaq yandırıb. Bundan sonra Azərbaycan idmançıları çempionatda iştirakdan imtina edərək, Vətənə qayıdıblar.
Akqabay