İspaniyadan çağırış: - Fələstin dövlətini tanıyın!
Siyasət
Beynəlxalq ictimaiyyət ilk olaraq Fələstinin varlığını tanımadan ona kömək edə bilməz. İspaniya Fələstin dövlətini tanımağa hazırdır.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu İspaniya Baş naziri Pedro Sançez parlamentdə çıxışı zamanı deyib.
“Qəzzada bu əsrin ən acınacaqlı humanitar fəlakətləri yaşanır. Biz tərəflərdən daimi atəşkəsi təmin etməyi, HƏMAS-ın terror aktlarının pislənməsini, girovların dərhal azad edilməsini və humanitar yardımların vaxtında çatdırılmasını tələb edirik”, - baş nazir bildirib.