İsrail səfirliyi Azərbaycan xalqına başsağlığı verdi
Siyasət
“Azərbaycan xalqına və Xocalı faciəsi qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk”.
News24.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin “X” platformasındakı paylaşımında bildirilib.
“Həyatını itirən günahsız insanların xatirəsini ehtiramla yad edir və zərər çəkmiş hər kəsə ən dərin rəğbətimizi bildiririk. Qurbanların xatirəsi daim yaşasın və sülh ilə qarşılıqlı anlaşma qalib gəlsin”, - paylaşımda vurğulanıb.