İsrail XİN rəhbərindən mühüm mesaj: Azərbaycanı təbrik edirəm
Siyasət
“ABŞ Prezidenti Donald Trampın vasitəsilə Ermənistanla sülhə nail olduğunuza görə Azərbaycanı təbrik edirəm”.
News24.az xəbər verir ki, bunu İsrailin XİN rəhbəri Gideon Saar Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
“İnanıram ki, regionun çiçəklənməsi bundan sonra həyata keçəcək. Eyni zamanda, Prezident İlham Əliyev kimi belə yüksəksəviyyəli liderə sahib olduğunuza görə sizi təbrik etmək istəyirəm. O, beynəlxalq arenada Azərbaycanı irəli aparır, eyni zamanda yerli səviyyədə düzgün siyasət həyata keçirir. İsrail əhalisi prezidentin həqiqi və səmimi dostluğunu çox yüksək qiymətləndirir”, - deyə israilli nazir qeyd edib. (qafqazinfo.az)