Jurnalistlərin IX qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

Jurnalistlərin IX qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı Siyasət

Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.

News24.az xəbər verir ki, qurultay dövlət himnimizin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Qurultay nümayəndəsi Seyfəddin Hüseynli jurnalistlərin IX qurultayının iştirakçılarının Prezident İlham Əliyevə müraciətini səsləndirib.

Qeyd edək ki, qurultay çərçivəsində Mətbuat Şurasının İdarə Heyəti üzvləri və sədr müəyyənləşəcək.