"Tərəflər birbaşa görüşüb, müzakirə aparsınlar"

"Tərəflər birbaşa görüşüb, müzakirə aparsınlar" Siyasət

"Hökumət nümayəndələrinin fərqli açıqlamaları Nikol Paşinyanın bilgisi daxilində baş verir”. 

Bu fikirləri News24.az-a sabiq nazir Elmar Məmmədyarov deyib.

O bildirib ki, Paşinyan hər dəfə adamlarını bu cür danışdırmaqla ümumi fikri yoxlamaq istəyir. 

Elmar Məmədyarov sülh müqaviləsi ilə bağlı məsələyə də münasibət bildirib:

 "Ümumiyyətlə, Azərbaycan və  Ermənistan arasında kontaktlar var. Yaxşı hal isə odur ki, razılaşma mətinləri üçüncü ölkə vasitəsi ilə deyil, birbaşa dialoqla həyata keçirilir. Azərbaycan tərəfi dekabrın əvvəli öz düzəlişlərini  Ermənistana göndərdi, dekabrın sonunda isə Ermənistan təklif və düzəlişləri ilə birlikdə sənədi ölkəmizə göndərdi. İndi Azərbaycan tərəfi onun üstündə işləyib geri qaytaracaq".

Tərəflərin birbaşa əlaqədə hansı formatdan istifadə etməli olduğu ilə bağlı sualımıza isə sabiq nazirin cavabı belə oldu:

"Yaxşı olar ki, tərəflər arasındakı dialoq birbaşa görüş şəklində olsun. Sərhəddə tərəflər görüşsün və müqavilə haqqında geniş şəkildə fikir mübadiləsi aparılsın. Mən belə düşünürəm ki, digər ölkələrdə görüşməyin heç bir mənası yoxdur. Çünki hər bir vasitəçi ölkə öz milli maraqlarını güdəcək.                                                                                                               Zeynal Əmrəliyev