Keçmiş nazirdən PROQNOZ: - "Sülhməramlılar bu tarixdən sonra..."

Keçmiş nazirdən PROQNOZ: - "Sülhməramlılar bu tarixdən sonra..." Siyasət

“Rusiya sülhməramlılarının Azərbaycanda qalma müddətinin uzadılacağı ehtimalı azdır”.

Bunu News24.az-a keçmiş xarici işlər naziri Elmar Məmmədyarov bildirib. 

O xatırladıb ki, Qarabağın erməni əhalisi də Azərbaycan vətəndaşlarıdır. Buna görə də onlar üçün xüsusi imtiyazlar olmamalıdır. 

Keçmiş nazir sülhməramlıların bundan sonra faydalı ola biləcəyi fəaliyyəti də açıqlayıb:

“Ümumiyyətlə, Azərbaycanın mövqeyi eynidir: Qarabağı tərk edən ermənilər qayıtmaq istəsə yaradılan xüsusi portal vasitəsilə qeydiyyatdan keçib, Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Bundan sonra digər xalqların təmsilçiləri kimi ermənilər də yaşamalıdır. 30 il ərzində Bakı və Gəncədə ermənilər yaşayıblar. Azərbaycan tərəfi müxtəlif səviyyələrdə bəyan edir ki, kim qayıtmaq istəyirsə qayıtsın. Rusiyanın da Xarici İşlər Nazirliyi deyir ki, onların qayıdışına kömək etməyə hazırıq. Amma mən 2025-ci ildən sonra Rusiya sülhməramlılarının Azərbaycanda qalma müddətinin uzadılacağına inanmıram. İndi kimin təhlükəsizliyini qoruyurlar? Rusiyanın sülhməramlı qoşunları Azərbaycana minatəmizləmə işlərində kömək edə bilərlər. Azərbaycan Konstitusiyaya uyğun olaraq hər bir vətəndaşının təhlükəsizliyini qoruyur. Necə ola bilər ki, xüsusi olaraq erməniləri qorusunlar? Məntiqli bir məsələ deyil”.

Fərid Azəri


Keçmiş nazirdən PROQNOZ: - "Sülhməramlılar bu tarixdən sonra..."