Kişi ketçupun köməyi ilə oğurluq edirmiş- FOTO

Kişi ketçupun köməyi ilə oğurluq edirmiş- FOTO Siyasət
Rumıniya vətəndaşı Titus Jalya ketçup şüşəsinin köməyi ilə yeddi pensiyaçını qarət edib. 

64 yaşlı Jalya, əsasən, banklardan çıxan pensiyaçıları izləyib.

Kişi qocaların üzərinə sous dağıdıb və bildirib ki, onlarda qanaxma var, bununla da onların cüzdanını oğurlayıb. Jalya iyunun 6-da kafedə uğursuz qarətdən sonra polis tərəfindən saxlanılıb. Jalyanın qurbanlarından biri onun şəklini çəkib və polisə müraciət edib. 

O, əməlini etiraf edib və bildirib ki, yeddi cinayət işində iştirak edib.
//oxu.az
Kişi ketçupun köməyi ilə oğurluq edirmiş- FOTO