Kürşad Zorludan Azərbaycan–Ermənistan sülh prosesi ilə bağlı AÇIQLAMA

Kürşad Zorludan Azərbaycan–Ermənistan sülh prosesi ilə bağlı AÇIQLAMA Siyasət

Türkiyə regionda baş verən prosesləri, xüsusilə Ermənistan ilə Azərbaycan arasında gedən normallaşma və sülh istiqamətində atılan addımları çox diqqətlə və yaxından izləyir.

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini və partiyanın Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda davamlı sabitliyin və uzunmüddətli sülhün təmin olunması yalnız tərəflər arasında qarşılıqlı etimadın güclənməsi və konkret nəticələrə əsaslanan addımların atılması ilə mümkündür.

Zorlu vurğulayıb ki, Azərbaycan ilə Ermənistan arasında əldə olunacaq hər bir real irəliləyiş regionun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, əgər bu proses doğru istiqamətdə davam edərsə və tərəflər arasında sülh sazişi istiqamətində konkret nəticələr əldə olunarsa, bu, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin də paralel şəkildə inkişafına müsbət təsir göstərəcək.

Zorlunun sözlərinə görə, Türkiyə bölgədə daimi sülhün və əməkdaşlığın tərəfdarıdır və bütün proseslərdə konstruktiv mövqe sərgiləyir. O bildirib ki, Ankara üçün əsas prioritet regionda sabitliyin möhkəmlənməsi, iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsi və nəqliyyat-kommunikasiya xətlərinin açılmasıdır.