Putin və Əliyev IT mütəxəssislərinin həbsi məsələsini müzakirə ediblər

Putin və Əliyev IT mütəxəssislərinin həbsi məsələsini müzakirə ediblər Siyasət

Moskva və Bakı müxtəlif səviyyələrdə fəal şəkildə əməkdaşlıq edir və iki ölkə arasında dialoq davam edir.

News24.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə bildirib.

Peskovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev son təmasları zamanı Rusiya İT mütəxəssislərinin Azərbaycanda narkotik qaçaqmalçılığı ittihamı ilə həbsi məsələsini də müzakirə ediblər.

Kremlin sözçüsü qeyd edib ki, bu məsələ diplomatik kanallar vasitəsilə diqqət mərkəzində saxlanılır və iki ölkə arasında qarşılıqlı anlaşma ruhunda həll yolları axtarılır.