Kreml: Ukrayna müharibəsində sülh son mərhələyə yaxınlaşır

Kreml: Ukrayna müharibəsində sülh son mərhələyə yaxınlaşır Siyasət

Kreml ABŞ Prezidenti Donald Trampın Ukraynada sülh prosesinin son mərhələyə çatdığı barədə açıqlaması ilə razılaşdığını bəyan edib.

News24.az xəbər verir ki, Rusiya tərəfi Tramp və Prezident Vladimir Putin arasında yaxın vaxtlarda telefon danışığının mümkün olduğunu da bildirib.

Açıqlamada Ukraynanın Donbas bölgəsindən qalan qüvvələrini geri çəkməsinin tələb olunduğu vurğulanıb. Eyni zamanda Trampın Ukraynanın ərazi itirdiyi və daha çox itki riski ilə üzləşə biləcəyi barədə sözlərinin “xatırlanmasının vacib olduğu” qeyd edilib.