Kristina Lobillo Borrero Azərbaycanda səfərdədir
Siyasət
Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun (ENER) enerji platforması və beynəlxalq əlaqələr qrupunun direktoru Kristina Lobillo Borrero Bakıya səfərə gəlib.
Bu barədə News24.az-a Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfirliyindən məlumat verilib.
K.Borrero enerji və mənzil tikintisi məsələləri üzrə komissar Dan Yorgenseni təmsil edərək Bakı Enerji Həftəsində iştirak edir.
Qeyd edək ki, Bakıda 1-2 iyun tarixlərində Bakı Enerji Həftəsi (Baku Energy Week) keçiriləcək.