Lavrov Bakıya gəldi - YENİLƏNDİ

Lavrov Bakıya gəldi - YENİLƏNDİ Siyasət

Rusiya XİN rəhbəri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Bakıya gəlib.

News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya XİN-dən bildirilib ki, tədbir zamanı AQEM-in gələcək inkişafı ilə bağlı məsələlər nəzərdən keçiriləcək.

Bundan əlavə, görüş iştirakçıları aktual beynəlxalq və regional mövzular üzrə fikir mübadiləsi aparacaqlar.


12:53

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah Azərbaycana səfər edəcək.

News24.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, o, oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.