İlham Əliyev “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşdü

İlham Əliyev “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşdü Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb.

News24.az xəbər verir ki, söhbət zamanı tam yerli xammal əsaslı məhsulun buraxılması istiqamətində artıq bir sıra layihələrin həyata keçirildiyi qeyd edilib.

Bu xüsusda İmişlidə pivə istehsalında əsas xammal hesab olunan arpanın emalı müəssisəsinin fəaliyyətinə toxunuldu. Gələcəkdə isə qablaşdırma materiallarının istehsalının da tam lokallaşdırılacağı bildirilib.

Yakob Aarup-Andersen “Carlsberg Group”un Azərbaycanda istehsal etdiyi məhsulun ixracının 2025-ci ildə əhəmiyyətli dərəcədə artdığını vurğulayıb.

Görüşdə Azərbaycanda xarici investorlar üçün yaradılmış şəraitdən məmnunluq ifadə olunub.

İlham Əliyev “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşdü