“İlham Əliyev müasir, ziyalı insandır” - Putin
Siyasət
Rusiya Prezidenti Vladimir Putin Qarabağla bağlı danışarkən Azərbaycan Prezidenti İlham Əliyevi müasir və ziyalı insan adlandırıb.
News24.az xəbər verir ki, Rusiya Prezidenti Bişkekdəki çıxışı zamanı Qərb ölkələrinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını və burada yaşayan erməni əhalisinin hüquq və maraqlarının təmin olunmasına zəmanət verə biləcəklərini vurğulayıb.
“Onlar mənə deyirdilər: biz orada yaşayan erməni əhalisinin hüquq və maraqlarını təmin edəcəyik. Mən isə deyirdim: heç nəyi təmin edə bilməyəcəksiniz, insanlar sadəcə gedəcəklər və bununla da məsələ bitəcək. Halbuki Prezident Əliyev bu insanlara pis heç nə etməyəcək. O, müasir, ziyalı insandır, onların maraqlarını təmin etməyə çalışacaq – buna yüz faiz əminəm. Amma onlar yenə də orada qalmayacaqlar. Elə də oldu”, – deyə Putin bildirib.