Madər Musayevi kim əvəzləyəcək? - Deputat AÇIQLADI
Siyasət
Milli Məclisin İntizam komissiyası hər yaz və payız sessiyasının əvvəlində yenidən təşkil olunur. Tərkib Milli Məclisin rəhbərliyi tərəfindən müəyyən olunub, plenar yığıncağın müzakirəsinə verilir. Həmin siyahıda adı keçənlər Milli Məclisin deputatları tərəfindən müsbət dəyərləndirilərsə, onlar İntizam komissiyasının üzvlərini növbəti seçkiyə qədər seçirlər.
Bu sözləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. Millət vəkili vurğulayıb ki, deputat Madər Musayev ötən il gözlənilmədən dünyasını dəyişdiyi üçün onun yeri hələ də boşdur:
“Qeyd edim ki, fevralın 1-də keçiriləcək plenar yığıncaqda bu məsələ müzakirəyə çıxarılacaq. Həmçinin, yeni namizədin seçilməsi təmin olunacaq. Bunun üçün isə komissiyaya bir neçə namizəd təqdim olunacaq. Təqdim etdikdən sonra isə səsə qoyularaq, Milli Məclis deputatlarının səs çoxluğu ilə onlar etimad qazanacaqlarsa, İntizam komisiyasının üzvü seçiləcəklər. Milli Məclisin gündəliyi və onların materialları hələ ki, tanış deyiləm".
Deputat Kəmaləddin Qafarovun Madər Musayevin yerinə gələcəyi ilə bağlı iddialara da cavab verib:
“Belə bir iddianın olması ilə bağlı məlumatı mən də bilirəm. Amma onu nə təsdiq, nə də təkzib edə bilmərəm. Çünki mənim əlimdə dəqiq məlumat yoxdur”.
Mehriban Mirzəzadə