“Məhkəmə nə desə, o da icra olunacaq” - Ərdoğan

“Məhkəmə nə desə, o da icra olunacaq” - Ərdoğan Siyasət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) HDP-nin sabiq həmsədri Səlahəttin Demirtaşın azadlığa buraxılması ilə bağlı qərarına münasibət bildirib.

News24.az xəbər verir ki, dövlət başçısı bu məsələdə məhkəmə orqanlarının qərarına hörmət ediləcəyini vurğulayıb:

“Bu prosesdə məhkəmə nə qərar verəcəksə, o da icra olunacaq", – deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, AİHM Demirtaşın azadlığa buraxılması ilə bağlı qərarını rəsmən qüvvəyə mindirib.

Xatırladaq ki, Səlahəttin Demirtaş 2014-cü ildə Kobani etirazları ilə əlaqədar 42 il müddətinə azadlıqdan məhrum edilib və o, doqquz ildir, həbsdə saxlanılır.

Nilufər