“Mehriban qonşuluq münasibətləri olmazsa, xalqlarımız bunu qəbul etməz” - İran səfiri
Siyasət
“İstər İransdan Azərbaycana, istərsə də Azərbaycandan İrana hər iki ölkənin bir-biri ilə yalnız sıx dostluq və mehriban qonşuluq münasibətləri var”.
News24.az xəbər verir ki, İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu “Baku TV”yə müsahibəsində deyib:
“Bunun əksi olarsa, hər iki xalq bunu qəbul etməz. Hətta, Prezident Məsud Pezeşkianın Xankəndiyə səfərini xatırlayırsınız? O zaman da İran münaqişə içərisində idi. Hava sərhədi bağlı olsa belə İran Prezidenti bildirmişdi ki, “Əziz qardaşım İlham Əliyev dəvət edibsə, mən də getməliyəm”.
Ona görə deyirəm ki, ortadakı anlaşılmazlıq aradan qaldırılmalıdır”. (Qafqazinfo)