Moldova görüşündən gözləntilər: - Sülh sazişi olacaq?
Siyasət
Bu gün Moldovanın paytaxtı Kişineuda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir. Müzakirələr “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısı çərçivəsində baş tuta bilər. Azərbaycan və Ermənistan liderlərinin görüşünun Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts iştirakı ilə keçirilməsi planlaşdırılır.
Məsələ ilə bağlı fikirlərini News24.az-la bölüşən Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, bu cür görüşlərin keçirilməsi çox vacibdir:
"Hesab edirəm ki, bu görüşdə müəyyən nəticələr əldə olunacaq. Mən deyə bilmərəm ki, bu görüşdə hansısa saziş imzalanacaq, ancaq sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı müəyyən müsbət nəticələr əldə edilə bilər. Əlbəttə ki, dövlət başçımız faktiki olaraq bu məsələlərin həll olunmasını tezləşdirmək istəyir. Və əsas da sülh müqaviləsinin imzalanmasına nail olmaq istəyir. Ancaq sülh müqaviləsinin imzalanmasına maneə olan dövlətlər var. Hesab edirəm ki, istənilən görüşün müsbət cəhətləri var. Ona görə də, bu görüşü də müsbət hesab edirəm".
Aynurə