Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək Siyasət

Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək.

News24.az xəbər verir ki, səfər mart ayında baş tutacaq.

Səfərin məqsədi martın 3-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında iştirak etməkdir.