Mövqelərimiz yenidən atəşə - tutuldu
Siyasət
Hazırda Ermənistan silahlı qüvvələri tərəfindən Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində mövqelərimizin atəşə tutulması davam edir.
News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülür:
"Bildiririk ki, Ermənistan tərəfinin törətdiyi təxribatın nəticələrinə görə bütün məsuliyyət məhz bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür"- deyə məlumatda deyilir.