Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi – FOTO

Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi – FOTO Siyasət

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyev ilə bağlı paylaşım edib.

News24.az xəbər verir ki, Pezeşkian sosial şəbəkə hesabında İlham Əliyevlə apardığı telefon danışığını xatırladaaraq Azərbaycan hökuməti və xalqının göstərdiyi dəstəyə görə bir daha təşəkkürünü bildirib.

“Qardaşım İlham Əliyev ilə söhbət zamanı Azərbaycan hökuməti və xalqının göstərdiyi rəğbət və dəstəyi yüksək qiymətləndirdim. Dost və qardaş xalqlar çətin günlərdə bir-birini tapır və sivilizasiya kökləri nə qədər dərin olarsa, bu bağ bir o qədər güclü olur”, – paylaşımda qeyd olunub.

Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi – FOTO