Müdafiə nazirinin müavini - MÜŞAVİRƏ KEÇİRDİ - FOTO

Müdafiə nazirinin müavini - MÜŞAVİRƏ KEÇİRDİ - FOTO Siyasət
Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində 2019-cu ilin yekunlarına dair Bakı Qarnizonunda intizamın vəziyyətinin təhlilinə həsr olunmuş müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Müşavirədə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ötən ildə qarnizon ərazisində görülən işlər, əldə olunmuş uğurlar barədə çıxış edib və 2020-ci ildə döyüş hazırlığının yüksəldilməsi, eləcə də təlim-tədris prosesinin lazımi səviyyədə təşkil olunması barədə müvafiq tapşırıqları vəzifəli şəxslərə çatdırıb.



Müdafiə nazirinin müavini - MÜŞAVİRƏ KEÇİRDİ - FOTO