Namibiya prezidenti vəfat edib - VİDEO

Namibiya prezidenti vəfat edib - VİDEO Siyasət


Namibiya Respublikasının prezidenti Haqe Qotfrid Qeynqob fevralın 4-də 82 yaşında vəfat edib.

News24.az xəbər verir ki, ölüm zamanı o, həyat yoldaşı və uşaqlarının əhatəsində xəstəxanada olub.

Yanvar ayında prezident ofisi Qeynqobaya xərçəng diaqnozu qoyulduğunu açıqlamışdı.

Hazırda isə dövlət başçısı vəzifəsini Namibiyanın vitse-prezidenti Nangolo Mbuba icra edir.