NATO Baş katibinin nümayəndəsi Azərbaycana - GƏLDİ

NATO Baş katibinin nümayəndəsi Azərbaycana - GƏLDİ Siyasət
NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfərə gəlib.

News24.az xəbər verir ki, bunu o, tviterdə yazıb.

X.Kolomina Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Görüşdə ikitərəfli əməkdaşlıq, Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması üzrə danışıqların gedişatı müzakirə olunub.

X.Kolomina həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.