NATO-nun dağılacağı proqnozlaşdırıldı
Siyasət
NATO ABŞ olmadan yaşaya bilməz və Avropa İttifaqı (Aİ) alyansı əvəz etmək iqtidarında deyil.
News24.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi və Norveçin maliyyə naziri Yens Stoltenberq İsveçin SVT televiziya kanalına verdiyi müsahibədə bildirib.
"Bu, təxminən 80 ildir tanıdığımız NATO deyil, burda söhbət məhz bütün təhdidlərə qarşı birgə Avropa və ABŞ-dan gedir", - deyə o bildirib.
Siyasətçi qeyd edib ki, alyansa üzv dövlətlər ABŞ və Avropa arasında yarana biləcək uçurumun qarşısını almaq üçün ciddi tədbirləri görməlidir. O, həmçinin Avropa İttifaqının təhlükəsizlik sahəsində NATO-nu əvəz etməyəcəyini vurğulayıb.