Naxçıvan Ali məhkəməsinə hakim təyin olundu

Naxçıvan Ali məhkəməsinə hakim təyin olundu Siyasət

Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin olunub.

News24.az-ın xəbərinə görə, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu ilə Mədəniyyət komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Aidə Hüseynin Naxçıvan Ali Məhkəməsinə təyinatı müzakirə olunaraq qəbul olunub.

Qeyd edək ki, Aidə Hüseyn hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir.